Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2023 08:52
Kvinslend Universitetinin alimləri müəyyən ediblər ki, Avstraliya qara qu quşunun unikal genetikası bu növü virus xəstəlikləri, o cümlədən quş qripi üçün həssas edir.
Sonxeber.net "report"a istinadən bildirir ki, tədqiqat "Genome Biology" jurnalında dərc olunub.
Qara qu quşunun genomunun təhlili göstərib ki, bu növ digər vəhşi su quşlarına yoluxucu xəstəliklərlə mübarizə aparmağa kömək edən bəzi genlərdən məhrumdur. Bu, heyvanların coğrafi təcrid edilməsi ilə asanlaşdırılıb.
Belə ki, dünyanın digər yerlərində geniş yayılmış patogenlərə məhdud məruz qalma immun sistemi zəiflədib. Alimlər qeyd edib ki, məsələn, ördəklərdən fərqli olaraq qara qu quşu "HPAI" quş qripinə qarşı çox həssasdırlar və üç gün ərzində bu virusdan ölə bilərlər.
Avstraliyada hazırda virus yoxdur, lakin o, artıq Asiyadan Şimali Amerikaya, Avropaya, Şimali Afrikaya və Cənubi Amerikaya yayılıb.