Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2023 18:55
"Çox nadir hallarda ağlayırdı. Kimsə xətrinə dəyəndə, demirdi, içinə atırdı. Nəsibə Zeynalova 36 yaşında ailə qurub və 38 yaşında ana olub. Aramızda yaş fərqi çox idi".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova "O üz" verilişində deyib. Nənəsindən danışan N.Əsgərova onla bağlı xatirələrini bölüşüb:
"10 il xəstə oldu, yanında idim. 16 yaşından sonra onun şam kimi əriyib getməsini gördüm. Mən dərk edəndə ki, kiminlə yaşayıram, Nəsibə Zeynalova artıq əriyirdi. O, mənə hər şeyi danışanda, yaşım az idi. Onları dərk edən yaşımda isə dünyasını dəyişdi".