Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Molla rejiminin qurbanı olan gənc: "Sol gözüm..." - FOTO

Molla rejiminin qurbanı olan gənc:

Tarix: 25 Yanvar 2023 16:02

İranda molla rejiminə qarşı etiraz aksiyaları 4 aydan çoxdur ki, davam edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  bu aksiyalar zamanı yüzlərlə vətəndaş ağır təzyiqlərə, amansız rəftarlara məruz qalır.

Təzyiqlərə məruz qalanlardan biri də tehranlı bir gəncdir. Gəncin sözlərinə görə, repressiv qüvvələrin ona qarşı qəddar rəftarı nəticəsində bir gözünü itirib:

"Salam, bu şəkillər Tehranda bacımız Məhsa Əmini öldürüldükdən bir neçə gün sonra çəkilib. Xameneinin agentləri Əndişə qəsəbəsində mənə dörd dəfə atəş açdılar. Birincisi barmaqlarıma dəydi. İkinci güllə başıma, üçüncü güllə isə gözümə və alnıma dəydi. Son güllə hər iki gözümə dəydi və mən daha görə bilmədim. O an dünya üstümə çökdü.Sonra başımı nə ilə vurdu, bilmirəm, ayağa qalxdım və yeriməyə başladım, o, dördüncü dəfə məni kürəyimdən vurdu, mən yerə uzandım. Sonra bir gənc qız məni ayağa qaldırmağa kömək etdi. O, zabitləri söydü və onlar onu elə oradaca döydülər və qızın səsi birdən kəsildi. Ona nə baş verdiyini bilmirəm... İndi də sol gözüm görmə qabiliyyətinə malik deyil və yalnız işığı qəbul edir. Sağ gözüm isə bir az görür.

Dörd dəfə əməliyyat olmuşam, hələ də əməliyyat olunmalıyam... Nə edəcəyimi bilmirəm",- deyə o, paylaşım edib.

Milli.Az


Etiketlər:  Molla rejiminin qurbanı olan gənc Sol gözüm FOTO


RƏYLƏR