Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Öd kisəsində yaranan daşlar - Tək çarə əməliyyatdır?

Öd kisəsində yaranan daşlar - Tək çarə əməliyyatdır?

Tarix: 28 Yanvar 2023 03:03

Öd kisəsi əksər zaman böyük ağrılar yaratmaz. Ancaq zədələndiyi zaman kəskin şiddətli ağrılar verə bilər.

Yaranan daşlar öd kisəsinin boynuna ilişərək ödün fəaliyyətinə maneə olur. Bu vəziyyətdə sıxılan öd kisəsi təzyiqə məruz qalaraq iç orqanlarda ağrılar yarada bilər.

Xəstələr adətən qazları olduğundan və ya mədə ağrılarından şikayətlənirlər. Əgər öd kisəsində gərginləşmə artarsa qan dövranı pozulmağa başlayır və iltihablanma yaranacaq. Bu vəziyyətdə ağrılar belə vurur. Nəfəs alan zaman batma hissi yarana bilər və bu ağrı artar.

Daşlar böyüyərsə, artıq öd kisəsi daşlarla birlikdə əməliyyatla alınmalıdır.

Əgər xəstənin əməliyyat olunmasına icazə yoxdursa, bu zaman xəstənin öd kisəsinə incə boru yerləşdirilərək öd kisəsi boşaldılaraq keçici müddət ərzində yaxşılaşdırıla bilər. Əgər artıq öddə daşlaşma varsa, bu zaman tək çarə öd kisəsi ilə birlikdə almaqdır. Hazırda qapalı üsulla əməliyyat olunur. Tibbin inkişaf etdiyi dövrdə artıq belə əməliyyatlar zamanı kəsiklər çox böyük olmur.

Problemsiz əməliyyatdan sonra əməliyyat axşamı xəstələr ayağa qaldırılır. Ertəsi gün isə xəstəxanadan çıxarılır. Bir həftə ərzində isə günlük əvvəlki yaşayış tərzlərinə davam edirlər.

Bəs öd kisəsi əməliyyatla çıxarılan xəstələr qidalarına diqqət etməlidirlər?

Qida tərzində xüsusi dəyişimə ehtiyac yoxdur. Bəziləri belə halda yağlı yeməkləri, yumurtanı yeməyi düzgün hesab etmirlər. Ancaq bu tamamilə yanlış düşüncədir. Əvvəl necə qidalanırdılarsa sonra da buna davam edə bilərlər.

Milli.Az


Etiketlər:  Öd kisəsində yaranan daşlar Tək çarə əməliyyatdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ