Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ADU-da “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)

ADU-da “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)

Tarix: 14 Oktyabr 2019 11:24

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) universitet, AMEA “Türkologiya” jurnalı, Bakı Yunus Əmrə İnstitutu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Kitabi–Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə və Dastanın yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Dəyirmi masada Azərbaycanın və Türkiyənin görkəmli alimləri iştirak edib.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş bir sıra tədbirlərin həyata keçirildiyini xatırladıb. “Kitabi-Dədə Qorqud”un bütün türk xalqlarını birləşdirdiyini deyən akademik bu dastanın hazırda “Nibelunqlar nəğməsi”, Yunan, Şumer, Sanskrit dastanları ilə əlaqələndirildiyini, müqayisə olunduğunu diqqətə çatdırıb. Kamal Abdulla, həmçinin Sovet-Türk kollokviumunun tarixindən, yaradılması prosesindən danışaraq xatirələrini bölüşüb.

Elmi yığıncaq iki hissədən ibarət olub. Sovet-Türk kollokviumunun (1988) 30 illiyinə həsr olunan yığıncağın birinci hissəsi professor Osman Fikri Sərtqayanın moderatorluğu ilə keçirilib. Bu bölmədə Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Saim Sakaoğlu, Fikrət Türkmən, professor Tofiq Məlikli, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu mövzu ilə bağlı fikirlərini söyləyib, xatirələrini bölüşüblər.

“Kitabi-Dədə Qorqud” dastanının yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” boyunun müzakirəsinə həsr olunan iclasın ikinci hissəsi tanınmış türkoloq alim professor Əhməd Bican Ercilasunun və akademik Möhsün Nağısoylunun moderatorluğu ilə azərbaycanlı və türkiyəli alimlərin birgə iştirakıyla keçirilib. Bu bölmədə Ege Universitetinin professoru Metin Ekici, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Ramazan Qafarlı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Seyfəddin Rzasoy, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Əfzələddin Əskər, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Osman Fikri Sertkaya, Bakı Dövlət Universitetinin “Türkologiya” kafedrasının müdiri, professor Ramiz Əskər çıxış ediblər. Çıxışçılar dünya ədəbiyyatının ən möhtəşəm abidələrindən biri, xalqımızın milli iftixar qaynağı “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazmasının tapılması və tədqiqi tarixçəsi, təsviri, quruluşu, adı, dili, mövzusu və qayəsi, coğrafiyası barədə müzakirələr aparıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

ADU-da “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO) ADU-da “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO) ADU-da “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO) ADU-da “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO) ADU-da “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO) ADU-da “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO) ADU-da “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO) ADU-da “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO) ADU-da “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO) ADU-da “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)


Etiketlər:  Kitabi Dədə Qorqud dastanına həsr olunmuş Sovet Türk kollokviumunun illiyinə həsr olunmuş dəyirmi masa keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ