Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu - FOTO

Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu - FOTO

Tarix: 28 Yanvar 2023 19:30

Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik-leytenant Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

Eldar Qazıbəyov bu təyinatadək Nəsimi rayon Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini olub.

O, vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

Qeyd edək ki, Eldar Qazıbəyov eyni zamanda, idmanın tayboks və muay-tay növləri üzrə dünya çempionudur.

Milli.Az


Etiketlər:  Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ