Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xerson vilayəti atəşə tutulub, 3 ölü, 6 yaralı

Xerson vilayəti atəşə tutulub, 3 ölü, 6 yaralı

Tarix: 30 Yanvar 2023 07:38

Ukraynanın Xerson vilayətinin yaşayış məntəqələrinin Rusiya ordusunun artilleriya atəşinə məruz qalması nəticəsində 3 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Milli.Az bildirir ki, bu barədə "report" Xersonun vilayət hərbi administrasiyasına istinadən xəbər verir.

Bildirilir ki, Rusiyanın hücumu nəticəsində bir sıra mülki infrastruktur obyektləri: Xerson Regional Klinik Xəstəxanası, məktəb, avtovağzal, poçt, bank və yaşayış binaları ziyan çəkib.

"Hazırda Rusiyanın endirdiyi zərbələr nəticəsində 9 nəfərin zərər çəkdiyi məlumdur: 3 nəfər həlak olub, 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bütün zərərçəkənlər tibb müəssisələrinə aparılıb, onlara tibbi yardım göstərilir. Bir nəfərin vəziyyəti ağırdır", - məlumatda bildirilir.

Yaralananlar arasında mərmi atılan zaman rayon xəstəxanasında olan tibb bacısı da var. Qadın əməliyyat olunub, onun xəsarəti orta ağırdır.

Milli.Az


Etiketlər:  Xerson vilayəti atəşə tutulub 3 ölü 6 yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ