Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özündən 31 yaş kiçik modellə evləndi - FOTOlar

Özündən 31 yaş kiçik modellə evləndi - FOTOlar

Tarix: 30 Yanvar 2023 13:35

54 yaşlı amerikalı müğənni Mark Entoni 23 yaşlı paraqvaylı fotomodel Nadya Ferreyra ilə ailə həyatı qurub.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlük Mayamidə nikaha girib.

Mayami İncəsənət Muzeyində baş tutan toyda Maluma, Lin Manuel Miranda, Salma Hayek və Luis Fonsi kimi məşhur qonaqlar iştirak ediblər.

M. Entoninin yaxın dostu Devid Bekhemlə həyat yoldaşı Viktoriya Bekhem də toya dəvətlilər arasında olub.

Qeyd edək ki, buna qədər bir neçə dəfə ailəli olan M. Entoni daha çox müğənni Cennifer Lopezlə nikaha girməsi ilə yadda qalıb. Onların bu evlilikdən əkiz övladı var.

N. Ferreyra 2021-ci ilə İsraildə keçirilən "Kainat gözəli" yarışmasında ölkəsi Paraqvayı təmsil edib və ikinci yerə layiq görülüb. "Harper's Bazaar", "Cosmopolitan", "L'Officiel" və "Robb Report Singapore" kimi jurnallar üçün kamera qarşısına keçib.


Etiketlər:  Özündən yaş kiçik modellə evləndi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ