Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2023 14:45
"Yoldankeçən deyir, aktyoram. Bir zarafat edib, deyirlər ki, aktyoram".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Şou xəbər" proqramında deyib. Aktrisa rejissorların az maaş verməsindən gileylənib:
"Aktyor olmaq asan deyil. Bu, çox böyük və çətin sənətdir. Çəkirlər seriala, pul vermirlər. Baxın, görün Hollivudda, Türkiyədə necə qonorar ödəyirlər. O vaxt aktyorlar maşın, ev alırdılar. Bir rejissora qonorarımı deyirdim, qayıtdı ki, filan aktyora bu qonorarı verdim, razılaşdı. Özü də o, çox tanınmış idi. Xətrimə dəydi. Məktəb görməyənlər bura biznes üçün gəlirlər".