Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2023 23:26
Bu hücum öz əməllərini etiraf etməyə belə cəsarəti olmayanların qorxaq hərəkətidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian ölkəsinə endirilən PUA zərbələri haqda qeyd edib.
"Bu, şübhəsiz ki, bizi nüvə proqramının inkişafından imtinaya məcbur etməyəcək", - o bildirib.
Qeyd edək ki, İranın bir neşə şəhərində yerləşən PUA istehsalı müəssisəsi və silah-sursat anbarlarına zərbələr endirilib. Bu zərbələrin ABŞ qüvvələrinin dəstək verdiyi İsrail tərəfindən endirildiyi iddia edilir.
İsrail məlumatı nə təkzib, nə də təsdiq edib.