Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2023 08:33
Yuxuda apnoe sindromu - 10 saniyədən çox çəkən daima güclü xoruldama və kəskin ifadə olunan gündüz yuxululuğu ilə müşayiət olunan tez-tez atılmalarla birgə periodik baş verən tənəffüs dayanmasıdır.
Etiologiya və patogenez:
YMA sindromu üçün tənəffüs hərəkətlərinin və burun udlaqdan hava axınının olmaması xarakterikdir. Bu qrupa xas tənəffüsünün requlyasiyasının mərkəzi mexanizminin pozğunluğunun nəticəsi hesab olunan xəstəliklər daxildir: beynin işemik, iltihabi, alkohol, atrofik, medikamentoz zədələnmələri, Alsgeymer - Pik xəstəliyində beynin zədələnməsi, postensefalik parkinsonizm.
Yuxuda obstruktib apnoe sindromunda hava axını periodik tam kəsilir, lakin qarının ön divarı və döş qəfəsinin tənəffüs ekskursiyası saxlanılır.
Yuxuda obstruktiv apnoenin əsas səbəbləri aşağıdakılardır:
- udlaq dilatatoru, udlağın, dilin obduktoruntonusunun azalması ilə bağlı kollapsı ilə şərtlənən pozulması
-havadaşıyıcı yolların daralmasına gətirib çıxaran patoloji vəziyyətlər
- faringial limfoid toxumanın böyüməsi
-boynun yumşaq toxumasının ödemli iltihabi prosesləri.
Klinik şəkli və diaqnostikası:
Yuxuda apnoe sindromundan əziyyət çəkən xəstələrin şikayəti xarakterik olur - yuxudan ayılanda gümrahlıq hissinin olmaması, gün ərzində daimi yorğunluq, yuxululuq, səhərlər baş ağrıları, gün ərzində boyun nahiyəsində ağrılar, cinsi hissin azalması, cinsi zəiflik, xarakter gecə şikayətləri - güclü xorultu, yuxuda artmış hərəki aktivlik, yuxuda dişlərin qıcanması, yuxuda danışma, tez - tez oyanma, hətta bəzi xəstələrdə gecə sidiyi saxlaya bilməmək müşahidə olunur.
Gecə apnoe epizodları zamanı taxikardiya, mədəcik və supraventrikulyar ekstrasistoliyalar müşahidə olunur. Bir sıra xəstələrdə yuxuda apnoe epizodu zamanı miokard infarktı, insult inkişaf etməsi, qəfləti ölümün mümkünlüyü də müşahidə edilmişdir.
Müalicə:
1. Mərkəzi apnoedə müalicə tənəffüs stimulyatorlarının qəbuluna əsaslanlır.
2. Obstruktiv apnoedə obstruksiya səbəbinin aradan qaldırılması vacib şərtdir.