Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzada həlak olan polkovnik-leytenant imiş... - FOTO

Qəzada həlak olan polkovnik-leytenant imiş... - FOTO

Tarix: 2 Fevral 2023 07:06

Xəbər verdiyimiz kimi, fevralın 1-də Kəlbəcərin Qılınclı kəndi ərazisində "Niva" markalı avtomobil idarəetməni itirərək Tərtər çayına aşıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nurlan Babayev polkovnik-leytenant olub. O, bir müddət əvvəl ordu sıralarından təaqüdə çıxıb və Kəlbəcərdə mülki işçi kimi çalışıb.

21 il Azərbaycan ordusunda xidmət edən Nurlan Babayev Türkiyədə təhsil alan zabitlərdən olub. O, Ağdam, Tərtər, Gəncə və Naxçıvanda xidmət edib. Əslən Bakıdan olan N.Babayev bu gün paytaxtda dəfn olunacaq.

Milli.Az


Etiketlər:  Qəzada həlak olan polkovnik leytenant imiş FOTO


RƏYLƏR