Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2023 23:27
"Valideynlərin hər ikisi diabet xəstəsidirsə, uşaqların 30 faizində bu xəstəlik ola bilər".
"Medicina" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
"Bu da diabet xəstəliyinin genetik faktorlu olmasından qaynaqllanır. Ən çox rast gəlinən növ - 1-ci tip diabetdi və bütün yaşlarda ortaya çıxa bilər. Son 10-20 ildə 2-ci tib diabet isə uşaqlarda rast gəlinir və bu, 10 yaşdan sonra ortaya çıxır", - o vurğulayıb.
Azərbaycanda hər il şəkər xəstələrinin sayı artır.