Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya hərbçiləri döyüşmək istəmir - Şok statistika

Rusiya hərbçiləri döyüşmək istəmir - Şok statistika

Tarix: 3 Fevral 2023 07:18

Yanvar ayında təslim olmaq istəyən rus hərbçilərinin müraciətlərinin sayı təxminən 50% artıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın Əsirlərin müraciəti üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

Hesabatda qeyd edilir ki, Rusiya hərbçilərinin təslim olması üçün müraciətlərin sayı artır:

"Yaşamaq istəyirəm" layihəsinin saytına yanvar ayında 5 milyondan çox istifadəçi daxil olub, onlardan 4,7 milyonu Rusiyadan, 350 mini isə Ukraynadandır".

Koordinasiya Qərargahının nümayəndəsi Andrey Yusov qeyd edib ki, əsasən RF Silahlı Qüvvələrinin hərbçiləri və onların ailə üzvləri, eləcə də səfərbərlik təhlükəsi altında olan vətəndaşlarla əlaqə saxlanılır.

Milli.Az


Etiketlər:  Rusiya hərbçiləri döyüşmək istəmir Şok statistika


RƏYLƏR