Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2023 07:46
Türkiyə, Rusiya və Suriyanın müdafiə nazirliklərinin texniki heyətləri Ankara və Dəməşq arasında normallaşma üzrə yaxın günlərdə növbəti görüş keçirəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
"Yaxın günlərdə texniki nümayəndə heyətlərimiz həmin danışıqların davamı olaraq Moskvada görüşlər keçirəcək. Nəticə əldə etmək üçün əlimizdən gələni edirik", - H.Akar bildirib.
Qeyd edək ki, Ankara və Dəməşq arasında normallaşma prosesi üzrə son 11 ildə ilk diplomatik təmas ötən ilin dekabrda baş tutub.