Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə Rusiya və Ermənistanda səfirlərini dəyişəcək

Bu ölkə Rusiya və Ermənistanda səfirlərini dəyişəcək

Tarix: 3 Fevral 2023 08:16

Yunanıstan Rusiya və Ermənistan daxil olmaqla 25 ölkədəki səfirini dəyişmək niyyətindədir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Yunanıstanın "antinews.gr" xəbər portalı məlumat yayıb.

Portal Yunanıstan Xarici İşlər Nazirliyinin 31 yanvar 2023-cü il tarixli daxili sənədinin fotosunu dərc edib.

2023-cü ildə başqa vəzifələrə köçürülməsi nəzərdə tutulan diplomatik korpusun rəhbərləri arasında Yunanıstanın Moskva, Ankara, Brüssel, Vyana, İrəvan, Doha, Yeni Dehli, Tel-Əviv, Tokio və digər şəhərlərdəki səfirləri var.

Yunanıstan həmçinin, UNESCO yanında daimi nümayəndəsini də dəyişməyi planlaşdırır.

Milli.Az


Etiketlər:  Bu ölkə Rusiya Ermənistanda səfirlərini dəyişəcək


RƏYLƏR