Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mübariz İbrahimov haqqında 90 dəqiqəlik film çəkildi - FOTO

Mübariz İbrahimov haqqında 90 dəqiqəlik film çəkildi - FOTO

Tarix: 3 Fevral 2023 18:58

Milli qəhrəman Mübariz İbrahimov haqqında bədii filmi cəkilib. 

Milli.Az qaynarinfoya istinadla xəbər verir ki, 90 dəqiqəlik "Mübariz" filmi AzTv-nin istehsalı olaraq ssenarisi və baş prodüsserliyi Nicat Mənalı, quruluşçu rejissoru Natiq Novruzov tərəfindən ərsəyə gəlib.

İki ilə yaxın müddətə başa gələn film Nicat Mənalının yazdığı kimi, qəhrəmanımızın beş yaşından şəhidlik zirvəsinə qədər ucalan şərəfli həyat yolundan bəhs edir. Çəklişlər ölkəmizin müxtəlif bölgələrində, o cümlədən qəhrəmanımızın doğulduğu doğma Biləsuvar rayonunda və döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda yerləşən hərbi mövqedə aparılıb.

Böyük zəhmətlə başa gələn film ən yaxın günlərdə sizlərə təqdim olunacaq. 
Qeyd edək ki, bu, xalqımızın qəhraman oğlu Mübariz İbrahimov haqqında ilk bədii filmdir.

Bütün yaradıcı heyyətə uğurlar arzu edirik.

Milli.Az


Etiketlər:  Mübariz İbrahimov haqqında 90 dəqiqəlik film çəkildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ