Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2023 21:16
PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-da iştirak edib-etməyəcəyi barədə danışıb.
Sonxeber.net xəbər verir ki, o, ABŞ, Kanada və Mesikanın birlikdə təşkil edəcəyi mundialı yaşı ilə əlaqədar buraxa biləcəyini ehtimal edib:
"Bilmirəm, yaşıma görə ora getmək çox çətin olacaq. Futbol oynamağı, etdiyim işi sevirəm. Nə qədər ki, formadayam, özümü yaxşı hiss edirəm və bundan həzz alıram oynamağa davam edəcəm. Ancaq növbəti dünya çempionatına hələ çox var. Hər şey mənim karyeramın necə keçəcəyindən asılıdır. Yayda 36 yaşım tamam olacaq. Bundan sonra nə edəcəyimə qərar verəcəm".
Qeyd edək ki, Leo Argentina millisi ilə iştirak etdiyi DÇ-2022-nin qalibi olub. (publika)