Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2023 23:04
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ali Məhkəmənin sədri Quvançmırat Ussanepesovu və milli təhlükəsizlik naziri polkovnik Qurbanmirat Annaevi tutduqları vəzifələrdən azad edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, məmurlar başqa işə keçidlə əlaqədar işdən çıxarılıb.
S.Berdiməhəmmədov müvafiq sərəncam Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının 2022-ci ildə hüquq-mühafizə orqanlarının işinin yekunlarına həsr olunmuş iclasında imzalayıb.