Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2023 00:00
ABŞ Gürcüstan Müdafiə Nazirliyinə 140 ton hərbi yardım çatdırıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə cümə günü ABŞ-ın Tbilisidəki səfirliyinin "Facebook" sosial şəbəkəsində dərc olunmuş mesajında deyilir.
"Bu gün biz Gürcüstanın Müdafiə Nazirliyinə 140 ton təhlükəsizlik texnikası təhvil verdik. ABŞ Gürcüstanla strateji tərəfdaşlığa sadiq qalır və Gürcüstan Müdafiə Qüvvələrini gücləndirməkdə davam edəcək", - məlumatda bildirilib.
Səfirlik ABŞ-dan Gürcüstana hansı hərbi yükün gətirildiyini dəqiqləşdirməyib.
Qeyd edək ki, Gürcüstan və ABŞ 1992-ci ildən siyasət, iqtisadiyyat, ticarət, 1990-cı illərin sonundan isə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq edir. 2009-cu ilin yanvarında Vaşinqtonda iki ölkə arasında təhlükəsizlik, müdafiə, ticarət, iqtisadiyyat, mədəniyyət, eləcə də humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Strateji Tərəfdaşlıq Xartiyası hazırlanıb.