Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moldova səfiri: Bakıda keçirilən bal yarmarkası kənd təsərrüfatına böyük dəstək verir

Moldova səfiri: Bakıda keçirilən bal yarmarkası kənd təsərrüfatına böyük dəstək verir

Tarix: 14 Oktyabr 2019 17:56

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda keçirilən bal yarmarkası kənd təsərrüfatına ölkə səviyyəsində böyük dəstək verir.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə birgə bal yarmarkasında olan Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yarmarkada müxtəlif növdə, hər istəyə uyğun bal var:

“Yarmarka çox yüksək səviyyədə təşkil olunub və burada müxtəlif növdə, həm çiçəklərdən, həm də ağaclardan alınan ballar var. Onlar arasında şabalıd ağacının çiçəklərindən alınan balın dadına baxdıq, çox xoşagələn dadı var”.

Qeyd edək ki, sentyabrın 28-dən etibarən Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada Daşkəsən, Oğuz, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Moldova səfiri Bakıda keçirilən yarmarkası kənd təsərrüfatına böyük dəstək verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ