Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2023 21:44
Tanınmış prodüser Anar Mədətovun stilist həyat yoldaşı Samirə Abbasova ötən gün vəfat edən qaynanası Mahirə Mədətovanın ölümündən yazıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Samirə Abbasova İnstaqramda bu sözləri deyib:
"Gözəl anamız Allah sizə rəhmət eləsin. Heç kəsə əziyyət verməyən insan hətta ölümü belə rahat oldu. Məkanınız cənnətlik olsun. Mahirə xanım, rahat yatın, sizdən yer-göy qədər razı idim. İnşallah siz də məndən razı getdiniz. Sizə söz verdiyim kimi bütün tapşırıqlarınızı yerinə yetirəcəm, əmanətinizi gözüm kimi qoruyacam. Gözəl ana gözünüz arxada qalmasın".
Qeyd edək ki, Anar Mədətov prodüser Elnurə Mədətova ilə evli olub.