Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2023 21:46
"Taliban"ın Əfqanıstanda qızlara tətbiq etdiyi təhsil qadağasını açıq şəkildə tənqid edən professor İsmayıl Məşəl həbs edilib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, professor "Taliban"ın qızların universitetlərdə və orta məktəblərdə təhsil almasına qadağa qoymasına etiraz edib.
37 yaşlı akademik "Taliban" tərəfindən "təxribat xarakterli hərəkətlərdə" ittiham olunub.
Şahidlərin dediyinə görə, professor həbs olunan zaman Taliban qüvvələri tərəfindən sillə və yumruq zərbələri alıb.
Keçmiş jurnalist Prof. Məşəl Kabildə jurnalistika, mühəndislik və kompüter mühəndisliyi dərsləri verən özəl universitetə rəhbərlik edirmiş.