Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstriya Alplarında son iki gündə qar uçqunlarında 8 nəfər ölüb

Avstriya Alplarında son iki gündə qar uçqunlarında 8 nəfər ölüb

Tarix: 5 Fevral 2023 23:12

Avstriyanın qərbində qar uçqunu ilə bağlı vəziyyət son dərəcə gərgin olaraq qalır. Belə ki, fevralın 3-dən bəri Tirol və Vorarlberqdə 8 nəfər qar uçqunu altında ölüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,yalnız fevralın 5-də Tirolda beş ölü tapılıb. Şərqi Tirolda qartəmizləyən maşını qar aparıb, sürücü dünyasını dəyişib. Etstalda da dağıdıcı qar uçqunu baş verib.

Bundan başqa, digər ərazilərdə uçqun altında olan 3 nəfərin axtarışları davam etdirilsə də, onların hamısı yalnız ölü tapılıb. Fevralın 4-də Sankt-Anton-am-Arlberqdə iki nəfər qarın altında qalıb. Eyni hadisə Kaunerberqdə kurortda qeydə alınıb.

Fevralın 5-də Etstalda da uçqun olduğu bildirilib, bir kişi uçqun altında qalıb. Qış idmanı həvəskarı təcili yardıma baxmayaraq, günorta saatlarında dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Avstriya Alplarında son iki gündə qar uçqunlarında 8 nəfər ölüb


RƏYLƏR