Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vəfat edən Zeynəb Dostəliyevanın dəfn olunacağı yer AÇIQLANDI

Vəfat edən Zeynəb Dostəliyevanın dəfn olunacağı yer AÇIQLANDI

Tarix: 6 Fevral 2023 09:50

Ötən gün 67 yaşında gecə saatlarında müalicə aldığı Mərkəzi Neftçilər xəstəxanasında vəfat edən Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyevanın dəfn olunacağı yer bəlli olub.

Milli.Az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, mərhum bu gün 12:00 radələrində "Səngəçal" ərazisində yerləşən məzarlıqda torpağa tapşırılacaq.

Zeynəb Dostəliyevanın ailəsi deyib ki, dekabrın sonlarında o, resperator qrip virusuna yoluxub.

Bundan sonra onun vəziyyəti ağırlaşıb. Virus qaraciyərinin fəaliyyətinə mənfi təsir göstərib və dayandırıb. Z.Dostəliyeva son günlər Mərkəzi Neftçilər xəstəxanasında müalicələr alsa da həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az


Etiketlər:  Vəfat edən Zeynəb Dostəliyevanın dəfn olunacağı yer AÇIQLANDI


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ