Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Media Agentliyi, media rəhbərləri və iqtisadi blokun birgə böyük işi - Son nöqtəni Prezident qoydu...

Media Agentliyi, media rəhbərləri və iqtisadi blokun birgə böyük işi - Son nöqtəni Prezident qoydu...

Tarix: 7 Fevral 2023 13:28

Azərbaycan mediasının çap və onlayn seqmenti, daha doğrusu qəzetlər, sayt və agentliklər bir andaca 4 vergi növündən azad edildi. Media orqanlarının özfəaliyyətlərindən, reklam və yardımlardan ödədikləri vergilərdən söhbət gedir. Bunlar reklamdan ƏDV, yardımlardan və özfəaliyyətindən gəlir, mənfəət və sadələşdirilmiş vergilərdir.

Çeşidli vergi növlərinin hələlik 3 illiyə ləğv olunması yalnız zahirən bir anda qərarlaşmış hadisə kimi görünə bilər. Əslində isə məqsədyönlü olaraq Media Agentliyi, qəzet və sayt redaksiyaları, eləcə də müvafiq rəsmi orqanların birgə apardıqları uzun işin nəticəsi olaraq meydana gəldi. Demək, adıçəkilən subyektlər ölkə başçısının bu sahədə də mütərəqqi tendensiyalara, zəruri islahat təşəbbüslərinə və xüsusən də medianın inkişaf proseslərinə dəstək iradəsinin dəyişməzliyinə inanmaqda davam etdilər, təşəbbüs göstərdilər, vaxtı çatmış islahatı konseptual layihə şəklinə salaraq yuxarı instansiyalara təqdim etdilər. Bu da nəticə, həm də böyük nəticə...

Yaxın keçmişdə bir neçə dəfə adıçəkilən subyektlərin iştirakı ilə İqtisadiyyat nazirliyində geniş müzakirələr apaıldı. Müzakirələr bəzən gərgin, çətin keçdiyi üçün belə rəy yaranırdı ki, hər kəs öz mövqeyində qaldı və bu səbəbdən nəticə heç vaxt media mənsublarının və Media Agentliyinin düşündükləri istiqamətdə dəyişməyəcək. İnsafən bütün bu sayaq müzakirələr prosesində Media Agentliyinin rəhbərliyinin üstün şəkildə medianın mənafelərinin müdafiə mövqeyi tutduğu xüsusi qeyd edilməlidir. Sirr deyil ki, adətən bu sayaq müzakirələrdə hər kəs təmsil etdiyi seqmentin korporativ maraqlarına üstünlük verir. Bu məntiqlə hökumətin iqtisadi blok təmsilçilərinin hər vaxt mövcud vergi normativlərinə mühafizəkar yanaşdıqları fakt olsa da, başa düşüləndir. Lakin son nəticələr göstərdi ki, uzun bədgümanlığa əsas yox imiş, müzakirələrdə bir-biri ilə heç də tam oxşar mövqe göstərməyən tərəflər balansa gələ bildilər, bütün təklifləri sistemləşdirərək həm iqtisadi blokun fəaliyyət prinsiplərinə, həm də medianın maraqlarına cavab verən vahid platforma hazırlaya bildilər... Həm vergi qanynvericiliyində, həm də medianın maliyyə-iqtisadi fəaliyyətinin normativ əsaslarında dəyişiklik baş verdi...

Mahiyyətcə medianın inkişafına dövlət dəstəyinin yeni mərhələsi açılır.

Dövlətin və dövlət başçısının mediaya birbaşa maliyyə dəstəyi bir institut olaraq artıq yaradılıb və zaman-zaman təkmilləşdirilərək uğurla işləyir. Medianın inkişafında dövlətin və cəmiyyətin iştirakının daha da gücləndirilməsini nəzərdə tutan bu islahatların ən nüxtəlif forma və mərhələlərindən danışmaq olar. Bu gün 4 vergi növünün tətbiqinin dayandırılması əslində mediaya dövlətin maliyyə dəstəyinin həm birbaşa həm də dolayı, lakin zəruri və əhəmiyyətli formasıdır. Bu addımın dövlət büdcəsinə ildə azı 10 milyon manata başa gələcəyi də bunun ifadəsidir. Yəni əslində həmin vəsait media orqanlarının cibindən çıxmalı ikən dövlət öz cibinin ağzını açdı. İslahatların uğurlu davamı anlayışını burada heç bir risk hissi olmadan işlətmək olar.

Ötən ilin sonunda çap kağızı və xaricdən idxal olunan hazır çap məhsullarına ƏDV ləğv edilmişdi. Bu qərar tək mediaya aid olmasa da, mediaya da böyük faydası dəydi. Birbaşa və dolayı təsirlə...

İndiki islahatlar bu islahatın spesifik davamı olmaqla onu müəyyən dövr üçün tamamladı. İndiki vergi güzəştlərinin azı 3 istiqamətdə real maddi nəticələrinin olacağı şübhəsizdir.

1. Media subyektləri özfəaliyyətlərindən, reklamdan və yardımlardan ödənilən mənfəət, gəlir, ƏDV və sadələşmiş vergidən azad olunur ki, bu da 3 ildə heç də az məbləğ deyil və media orqanının öz istifadəsində qalacaq.

2. Vergidən qənaət olunmuş vəsaitin ilk növbədə jurnalistlərin rifahına xərclənməsi kimi yeni imkan açılacaq.

3. Vergi islahatı media kollektivlərini yeni reklamların və əlavə gəlir mənbələrinin daha ürəklə axtarışına təşfiq edəcək...

Milli.Az


Etiketlər:  Media Agentliyi media rəhbərləri iqtisadi blokun birgə böyük işi Son nöqtəni Prezident qoydu


RƏYLƏR