Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2023 13:44
"Səhəri xoş açmadıq. Bu xəbər hamımızı üzdü. Bunu yaşamaq çox ağırdır. Biz də 2000-ci ildə zəlzələni Bakıda gördük, yaxşı qurtardıq. Türkiyədə ikinci dəfədir ki, bu zəlzələ böyük canlar aldı. Dünyasını dəyişən uşaqlara, yeniyetmələrə, yaşlılara Allahdan rəhmət diləyirəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli yayımladığı videoda deyib. Türkiyədə baş verən zəlzələdən danışan müğənni bunları əlavə edib:
"Binaların yerinə evlər tikiləcək. Amma canları qaytarmaq olmur. Baxıram, 3 yaşlı bir qız çıxardırlar. Hardan bilmək olur anası, atası, nənəsi, babası haradadır? Uşaqlar valideynsiz, valideynlər övladsız qalırlar. Bir-birimizin qəlbinə dəyməyək, dünya çox qısa və fanidir. Çətindir dolanmaq, əziyyətdir. Allah heç bir atanı övlad yanında utandırmasın. Bunu heç bir ataya arzulamıram. Çox ağır bir şeydir. Türkiyə nəhəng ölkədir, türk dünyasının arxasıdır. İnanıram ki, yaxın zamanda hər şey yoluna düşəcək. Bütün şəhərlərdə olan zəlzələdə dağılan evlər inşa olunacaq.
Bilmirəm, bu dünyada son vaxtlar nə baş verir, Allahın xoşuna gəlməyən hansı hadisələr var ki, bu hadisələr baş verir. Gəlin, düz olaq, qəlb qırmayaq, ev yıxmayaq. Səhərdən axşama qədər ancaq ağlamışam, özümə gələ bilmirəm".