Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Görəsən böyük Allah bu bəlanı göndərməklə nə deyir?''

''Görəsən böyük Allah bu bəlanı göndərməklə nə deyir?''

Tarix: 8 Fevral 2023 19:55

"Zəlzələ təbiət hadisəsidir. Heç kimi qınamaq olmur. Allahın izni olmadan ağacdan bir yarpaq belə düşə bilməz. Görəsən böyük Allah bu bəlanı göndərməklə nə deyir? Yaratmış olduğu körpədən böyüyə niyə qıyır?".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Əkbər Əlizadə sosial şəbəkədə yazıb. O, Türkiyədəki dəhşətli təbiət hadisəsi ilə bağlı bunları qeyd edib:

"İnsanlar görmüşəm deyiblər ki, kaş evim 2 mərtəbəli, böyük, otaqları çox olaydı. Bu gün qışın oğlan çağında, şaxtada, nəfəs dondurucu havada küçələrə səpələnən çarəsiz insanları görəndə deyilən bütün istəklərin üstündən qara bir xətt çəkirəm. Allahım! Böyüksən, ucalardan ucasan. Dünya sirrlərlə doludur. Açmasını Allah bilir, əqlimiz yetməz!

Bu fəlakətdə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa, doğmalarını itirənlərə səbr diləyirəm".


Etiketlər:  Görəsən böyük Allah bəlanı göndərməklə deyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ