Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq

DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq

Tarix: 15 Oktyabr 2019 10:12

Bakı. Samir Əli - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, gecə saatlarında isə Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində, həmçinin Nizami, Rüstəm Rüstəmov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Trend “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verir.

Agentlik sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.


Etiketlər:  DİQQƏT Bu küçə yollarda rənglənmə işləri aparılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ