Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahibsiz it Şəki sakininə xəsarət yetirdi

Sahibsiz it Şəki sakininə xəsarət yetirdi

Tarix: 9 Fevral 2023 22:16

Bu gün günorta saatlarında Şəkinin Kiçik Dəhnə kəndi ərazisində sahibsiz it kənd sakininə xəsarət yetirib.

Sahibsiz itin hücumuna məruz qalan şəxs 57 yaşlı kənd sakini Laçın Adamovdur.  

O, kəndin ərazisində piyada hərəkətdə olarkən qəflətən qarşısına çıxan itin hücumuna məruz qalıb. Bu zaman it onun sol aşağı ətrafının bud nahiyəsinə müxtəlif xəsarətlər yetirib.

Hadisədən sonra zərərçəkmiş şəxs yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanada Laçın Adamova ilkin tibbi yardım göstərilib. Daha sonra quduzluğa qarşı peyvənd vurulub.  

Rayon mərkəzi xəstəxanasından Bizim.Media-ya bildirilib ki, Laçın Adamovun həyatı üçün təhlükə olmadığından həkimlərin rəyindən sonra ambulator müalicə almaq üçün evə buraxılıb.


Etiketlər:  Sahibsiz Şəki sakininə xəsarət yetirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ