Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türklərdən çağırış: Xoya köməyi əsirgəməyin

Türklərdən çağırış: Xoya köməyi əsirgəməyin

Tarix: 10 Fevral 2023 07:46

Sosial şəbəkə üzərindən yaradılan Güney Azərbaycan qrupunun üzvləri yardım kampaniyasına qoşulub. Onlar əllərindən gələn hər cür dəstəyi göstərməyə hazırdılar.

Milli.Az bildiri ki, bunu axar.az-a Türkiyədə yaşayan Güney Azərbaycandan olan milli fəal Kürşat Ağdərəli deyib.

"Milli fəallarımız bacardıqları qədər Türkiyədəki qardaşlarımıza kömək etməyə çalışır. Türkiyəli dostlarımız isə bizə deyir ki, sizin Xoy şəhərində də zəlzələ olub. Onları da unutmayın. Özləri belə durumda olmasına rəğmən, Xoy sakinlərini də düşünür. Bir dostum isə vurğulayıb ki, Türkiyəyə dünyanın çox ölkəsindən yardım gələcək. Amma İrana yardım edən yoxdur, heç hökumət özü də vətəndaşları üçün yardım etmir. Odur ki, əlinizdən gələn dəstəyi Xoy üçün əsirgəməyin", - o bildirib.

Milli.Az


Etiketlər:  Türklərdən çağırış Xoya köməyi əsirgəməyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ