Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2023 12:50
11 noyabr 1986-cı il. Parisdə Sena çayının sol sahilində, Sorbon universitetinin qədim binasının yerləşdiyi Latın məhəlləsində (Quartier latin de Paris) tələbələrin izdihamlı nümayişi başladı. Onlar Baş nazir Jak Şirak hökumətində Araşdırmalar və ali təhsil üzrə məsul nazir Alen Devake (fr. Alain Devaquet) tərəfindən irəli sürülmüş qanun layihəsinə etiraz əlaməti olaraq küçələrə axışdılar. Qanun layihəsində universitetlərə daha çox müxtariyyətin verilməsi, habelə qeydiyyat qiymətlərinin azad şəkildə müəyyən edilməsi, qəbul şərtlərinin universitetin istədiyi formada olacağı və s. öz əksini tapmışdı ki, bu da tələbələrin haqlı narazılığı ilə üzləşdi. Həftələrlə davam edən aksiyanın kuliminasiya nöqtəsi dekabrın 5-dən 6-a keçən gecə baş verdi. Belə ki, Fransa polisinin vəhşiliyi nəticəsində Əlcəzair mənşəli tələbə Malik Usekin döyülərək qətlə yetirildi. Həmin vaxt onun yanında olan Paul Bayzelon dostuna kömək etmək istəsə də, polislərin dubinka zərbələri buna imkan verməmişdi. Ölkəni bürüyən tələbə etirazları fonunda 8 dekabrda Baş nazir Jak Şirak Alen Devakenin istefasını qəbul etmək və qanun layihəsini geri götürmək məcburiyyətində qaldı. Məhkəmə də öz növbəsində qətldə birbaşa iştirak edən 2 polisin məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etdi.
Tələbələr Malik Usekin döyülərək öldürüldüyü binanın qarşısına gül dəstələri qoymaqla onun xatirəsini yad edir, polis zorakılığını lənətləyirdilər.
5 avqust 2019-cü il. Malik Usekinin öldürülməsindən 32 il 8 ay sonra Fransanın "Le Figaro" jurnalının direktor müavini Jan-Kristof Buyssonun (fr. Jean-Christophe Buisson) "RTL" radiosunun "Dünyanı yenidən edirik" verilişində M.Usekin "insulin probleminə" görə öldüyünə dair cəfəng fikirlər səsləndirməsi (https://www.youtube.com/watch?v=RGTMpdP2sNI 18:45-19:21 dəqiqələr arası) ictimaiyyətin haqlı qəzəbinə səbəb olmuşdur. Nəticədə, bir gün sonra o, özünün şəxsi tviter hesabında - "Məhkəmə bu məsələdə öz qərarını verib və mən onu sual altına qoymaq niyyətində deyiləm" paylaşımını edərək, üzrxahlıq etmək məcburiyyətində qaldı. Bu vaxt tviter istifadəçilərdən biri Buyssonun vaxtıkən Usekinin öldürülməsini pisləyən paylaşımını xatırladaraq, onun necə dönük və sürüşkən olduğunu göstərmişdi.
Adını jurnalist qoyub jurnalistikanın prinsiplərini daima tapdalayaraq, "Le Figaro" kimi məhşur jurnalı öz yalan maşınına çevirən bu canlı heç öz ölkəsinin məhkəməsinin qəbul etdiyi qərarlara, deməli dövlətinə (məhkəmə qərarları dövlət adından verilir) hörmət etmir, biz isə bundan ədalətli olmağı, faktları saxtalaşdırmamağı tələb edirik, hamı tərəfindən qəbul edilən beynəlxalq normalara hörmət edəcəyini gözləyirik.
Fransız polisinin zorakılığı nəticəsində öldürülən şəxsin müsəlman olması Buyssona görə bu qətli adiləşdirir, normal hala salırdı. Axı Buysson islamofobdur. 132 il müstəmləkə dövründə öldürülən 1.5 milyon əlcəzairliyə daha birininin - Malik Usekinin əlavə edilməsi sadəcə statistika dəyişikliyi idi.
Bu Buyssonun nə ilk, nə sonuncu dönüklüyüdü. O, mer A. İdalqonun zibilxanaya çevirdiyi Parisin küləyi kimi lazım olan istiqamətə tərəf əsməyi, onu bəsləyənləri sərinlətməyi yaxşı bacarır. Elə ona görə də özünə sərf edəndə beynəlxalq hüququn norma və prinsiplərinə istinad etməyi də unutmur.
23 mart 2014-cü ildə Buysson "Le Figaro"da "Belqrad: bombardımandan 15 il sonra, serblər unutmur" adlı məqalə dərc edir (https://amp.lefigaro.fr/vox/monde/2014/03/23/31002-20140323ARTFIG00225-belgrade-15-ans-apres-le-bombardement-les-serbes-n-oublient-pas.php).
Adından da görsəndiyi kimi məqalənin əsas qayəsi Fransanın da iştirak etdiyi NATO qüvvələrinin Yuqoslaviyanı bombardman etməsi və serblərin bunu yaddan çıxartmamasıdır. Təəccüblüdür ki, burada Buysson qəfildən beynəlxalq hüquq üzrə mütəxəssisə çevrilərək, əməliyyatın beynəlxalq hüquqa zidd olduğunu bildirir. "bu humanitar-hərbi əməliyyat bir çox beynəlxalq konvensiya və qanunlara (məsələn, BMT Nizamnaməsinin 2-ci maddəsi - bir ölkənin siyasi müstəqilliyi və ərazi bütövlüyünə qarşı güc istifadəsinin qadağan olunması və ya elə NATO-nun öz Nizamnaməsini, hansı ki, gücdən istifadə icazəsini yalnız hər hansı üzv ölkəyə qarşı hücumun olacağı təqdirdə verir) ziddir".
Dünyanın müxtəlif nöqtələrində müsəlmanların qətlə yetirilməsinə dolayısı ilə haqq qazandıran bu islamofob, burunu qanayan qeyri-müsəlmanın yanında durmağı az qala BMT nizamnaməsi ilə əsaslandırır.
Sürüşkənliyi və qeyri-stabilliyi onun psixoloji portretinə diqqəti artırır. Görəsən Buyssonun saxtakarlığının kökləri hara gedib çıxır? Bəlkə, ünvanı tez-tez baş çəkdiyi Parisdəki III Aleksandr körpüsünün altında axtaraq? Axı o, əyyaş həyat tərzini xoşlayır, içki aludəçisidir. Körpünün altındakı asfaltda piyan şəkildə sürünərkən, ola bilsin beyin travması alıb? Kim bilir!
Bəlkə yalan və saxtakarlıq ona genetik keçib? Saxtakarlıq irsi xəstəlik ola bilərmi? "Qəhrəmanımız"ın həyat və yaradıcılığı ilə yaxından tanış olduqda genetikanın insan həyatında nə qədər böyük yer tutduğuna bir daha şahid oluruq.
6 aprel 2013-cü ildə jurnalist Jerome Dupuy Patrick Buyssonun (Jan-Kristof Buyssonun atası) "Figaro"ya verdiyi müsahibədə Jean-Louis Haruelin "Xristianlığın əsl dahisi" kitabından geniş plagiata yol verdiyini sübut edir və onun metodlarını tənqid edən məqalə dərc edir.
https://www.lexpress.fr/politique/patrick-buisson-invente-le-plagiat-par-interview_1237911.html
Ata Buysson "Bir insan dinin varlığı olmağı dayandırdıqda, onun dindarlıq potensialı qalmağa məhkumdur. O, digər investisiyalar üçün açıq olur" (Quand l'homme cesse d'être un être de religion, son potentiel de religiosité, son besoin de croire n'en sont pas pour autant amenés à disparaître. Ils se trouvent disponibles pour d'autres investissements) fikirini başqasından oğurlayıb öz adına çıxarkən, demək istəyirdi ki, insan mənəviyyatında boşluq nə iləsə dolmalıdır. Çox güman ki, ata Buysson oğlundakı mənəvi boşluğun islamofob fikirlərlə dolduğunu gördükdən sonra bu qənaətə gəlmişdi.
Elə onların yerlisi Onore de Balzak bu kimi insalara görə deyirdi ki, "Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar". Oğul Buysson da islamofob, nifrət dolu yalanları ilə erməni icmasının onun real qiymətinə - sıfırın qabağına bir rəqəm qoymaları üçün dəridən-qabıqdan çıxmaqda davam edir. Reallıqda isə rəqəm sıfırdan əvvələ deyil, sonraya düşüb. Bu isə onun mahiyətini dəyişə bilməyib. Riyaziyyat elmi sübut edib ki, sıfırı nəyə vursaq elə sıfır edəcək.