Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bill Qeytsin yeni sevgilisi üzə çıxdı - FOTO

Bill Qeytsin yeni sevgilisi üzə çıxdı - FOTO

Tarix: 10 Fevral 2023 19:12

"Microsoft"un qurucusu Bill Qeyts bir ildir ki, "Oracle" şirkətinin keçmiş baş direktoru Mark Hördün dul arvadı Paula Hördlə görüşür.

İnsayderlər iddia edirlər ki, Qeyts və Hörd 2015-ci ildə tennis matçı zamanı tanış olublar.

Onlar ilk dəfə birlikdə 2023-cü ilin yanvarında Melburnda Avstraliya Açıq Çempionatında görünüblər.

Paula Hördün 60 yaşı var və hazırda tədbir planlayıcısı, təşkilatçısı və xeyriyyəçidir. Ərinin 2019-cu ildə öldüyü zaman onun sərvəti 500 milyon dollar qiymətləndirilirdi.

Xatırladaq ki, Bill Qeyts 2021-ci ilin avqustunda arvadı Melinda ilə boşanmaq üçün rəsmi müraciət etmişdi.

Milli.Az


Etiketlər:  Bill Qeytsin yeni sevgilisi üzə çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ