Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Venüs" 103 saatdan sonra sahibinin xilaskarına ÇEVRİLDİ - VİDEO

Tarix: 11 Fevral 2023 13:06

Zəlzələdən 103 saat sonra Hatayın Antakya rayonunda Kahramanmaraş mərkəzli zəlzələlərdən dağılan 6 mərtəbəli yaşayış binasının dağıntıları altından "Venüs" adlı it və sahibi xilas edilib.

Milli.Az xəbər verir ki, bu barədə "Son Dakika" məlumat yayıb.

Bildirilib ki, xilasedicilər "Səsimizi eşidən varmı?" çağırışı ilə dağıntılar arasında axtarış edən zaman itin hürməsini eşidiblər. Onlar bu məqama diqqət yetiriblər və "Venüs" adlı iti və daha sonra adının Duygu olduğu öyrənilən 35 yaşlı sahibini xilas ediblər. (publika)

Milli.Az


Etiketlər:  Venüs 103 saatdan sonra sahibinin xilaskarına ÇEVRİLDİ VİDEO


RƏYLƏR