Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2023 13:40
Türkiyənin Hatay bölgəsində baş verən zəlzələnin 147-ci saatında 10 yaşlı Cudi adlı qız uşağı dağıntılar altından xilas edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Kahramanmaraşda zəlzələ nəticəsində dağılan binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir. İşlərin hələ də davam etdiyi Hatayda ümidverici xəbərlər gəlib.
Belə ki, Zəlzələnin 147-ci saatında 10 yaşlı Cudi adlı qız dağıntılar altından xilas edilib.
Böyük ehtiyatla xərəyə qoyulan uşaq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.