Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2023 11:50
Uzaq Şərq üçün istənilən təhdidə, o cümlədən sərhəd adalarında hipersəs raketlərinin yerləşdirilməsi ilə bağlı Yaponiyaya dərhal cavab verəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu yerli KİV-ə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Biz Yaponiyanın hərbi quruculuğunun inkişafını yaxından izləməyə davam edəcəyik və Uzaq Şərq regionlarımıza hər hansı potensial təhlükəsizlik təhdidləri yaranarsa, Rusiyanın müdafiə doktrinasına uyğun olaraq dərhal cavab tədbirləri görəcəyik", - deyə Rudenko vurğulayıb.
Rusiyalı diplomat xatırladıb ki, son vaxtlar Tokio hərbi potensialının modernləşdirilməsini kəskin sürətləndirib və Rusiya sərhədləri yaxınlığında "təhlükəli fəaliyyətləri" gücləndirir: "Məsələn, Yaponiya ABŞ və digər ölkələrlə birgə irimiqyaslı təlimlər keçirir, yeni tipli raketləri və digər silahları sınaqdan keçirir. Bununla bağlı diplomatik kanallar vasitəsilə dəfələrlə Yaponiya tərəfinə kəskin etirazlar edilib", - deyə Rudenko əlavə edib.