Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2023 23:34
Beynəlxalq Qırmızı Xaç Komitəsi bu gün Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi şəhərinə 20 erməni gətirib, 23 ermənini isə aparıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə BQXK-nin Ermənistandakı proqram direktoru Zara Amatuni erməni mediasına deyib.
Ümumilikdə 12 dekabr Xankəndi yolunda ekofəalların aksiyası başlayandan bəri Ermənistandan BQXK vasitəsilə 97 erməni gətirilib, 81-i aparılıb.
Qeyd edək ki, gün ərzində Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus 49 minik və təminat avtomobili, həmçinin BQXK-ya məxsus 12 avtomobil maneəsiz hərəkət edib.