Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Deyirdi ki, istəyirəm ölüm, hamı ağlasın, sonra...''

''Deyirdi ki, istəyirəm ölüm, hamı ağlasın, sonra...''

Tarix: 14 Fevral 2023 15:55

"50 yaş nədir ki, Tünzalə... Heç vaxt unudulmayacaqsan, yaddaşlarda yaşayacaqsan. Hər kəs bu dünyadan tez köçəcəyini bilirdi. Hər keçən gün səni bizdən yavaş-yavaş uzaqlaşdırır. Yoxluğuna öyrəşirik".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva mərhum Tünzalə Əliyeva haqda deyib. Aktrisa "Söhbət var" verilişinin sonuncu buraxılışını "Toppuş bacı"ya həsr edib.

D.Əliyeva mərhum aktrisanın arzularından bəhs edib:

"Səndən doymadım, nə qədər arzularımız var idi. Bir dəfə dedin ki, istəyirəm belə rolum olsun: ölüm, hamı gəlsin ağlasın. Sonra mən deyim ki, niyə ağlayırsınız? Mən ölməmişəm. Bax, hamı ağladı, sonda da alqışladılar. İndi sözünün üstündə dur, gəl. Gələ bilmirsən, anlayıram. Bəlkə yerin yenidir, sorğu-sualdasan, səni gözləyərik. Nə edək, necə davranaq ki, rahat olasan? Bəlkə haqqın dərgahında deyəsən ki, 50 yaş nədir ki? Çətindir sənsiz, qayıt gəl... Tünzaləm bir də gəlməyəcək, Tünzalədən də bir daha gəlməyəcək".


Etiketlər:  Deyirdi istəyirəm ölüm hamı ağlasın sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ