Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 18:52
Dünyaca məşhur puerto-rikalı müğənni Riki Martin Türkiyədə və Suriyada baş verən dəhşətli zəlzələdən sonra hamını yardım etməyə səsləyib.
Milli,Az bizim.media-ya istinadən xəbər verir ki, pop ulduz bununla bağlı sosial şəbəkə hesabında videomüraciət yayımlayıb.
"Bildiyiniz kimi, böhranlı vaxtlarda sakit qala bilmirəm. Türkiyə və Suriyada baş verən zəlzələdən sonra gördüyümüz mənzərələr ürəyimi parçalayır. Biz kömək etməliyik".
UNICEF-in xoşməramlı səfiri kimi də fəaliyyət göstərən Martin "Hazırda orada vəziyyət çox çətindir. Siz artıq görüntüləri izləyirsiniz. Ona görə də kömək etməliyik" videomüraciətdə deyib.
O, həmçinin UNICEF-in ianə kampaniyasının linkini izləyiciləri ilə bölüşüb.