Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni əsgərini sərhəddə kim güllələdi?

Erməni əsgərini sərhəddə kim güllələdi?

Tarix: 14 Fevral 2023 22:22

Bu gün saat 18:05 radələrində Ermənistanın Böyük Qaraqoyunlu kəndi istiqamətində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.

Xəstəxanaya yerləşdirilən əsgərin vəziyyətinin orta-ağır olduğu, həyatının təhlükə altında olmadığı bildirilib.

Hadisənin araşdırıldığı bildirilsə də, əsgərin "düşmənin açdığı atəş nəticəsində" yaralandığı barədə "ilkin ehtimal" da irəli sürülüb.

Qeyd edək ki, sərhəddə atəşkəsin pozulduğu barədə heç bir açıqlama yoxdur. Üstəlik, erməni əsgərin sərhəd postunda deyil, "Böyük Qaraqoyunlu kəndi istiqamətində" yaralandığı bildirilir.

Xatırladaq ki, Böyük Qaraqoyunlu kəndi bir müddət əvvəl 15 erməni əsgərin yanıb öldüyü Ağkilsə kəndinin yaxınlığındadır.


Etiketlər:  Erməni əsgərini sərhəddə güllələdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ