Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TBMM-nin sədri 2 aylıq maaşını da zərərçəkənlərə bağışladı

TBMM-nin sədri 2 aylıq maaşını da zərərçəkənlərə bağışladı

Tarix: 16 Fevral 2023 08:32

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop zəlzələdən zərərçəkənlərə iki aylıq maaşını da bağışlayıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o,  "Türkiyə, tək ürək" ortaq yayımına qoşularaq zəlzələdən zərərçəkənlər üçün verdiyi 3 maaşdan başqa 2 maaşını daha ianə edib.

Mustafa Şentop bütün millət vəkillərinə çağırış edərək, - "maaşlarınızı bağışlayın", - deyib.

Xatırladaq ki, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə, tək ürək" adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirib.

Kampaniyada 115 milyard 146 milyon 528 min lirə vəsait toplanıb.

Ümumilikdə isə 9 milyon 10 min SMS göndərilib.

Toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.


Etiketlər:  TBMM sədri aylıq maaşını zərərçəkənlərə bağışladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ