Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 12:48
"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan artıq Ankaradadır. Onunla birlikdə nümayəndə heyətinin tərkibində parlamentin vitse-spikeri də onu müşaiyət edir. Bildirildiyi kimi Mirzoyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək və ikitərəfli münasibətlərin yaxşılaşdırılması yönündə fikir mübadiləsi aparacaqlar. Eyni zamanda proqrama Mirzoyanın zəlzələ bölgəsinə və Ermənistanın göndərdiyi xilasedcilərin olduğu əraziyə gedəcəyi də gözlənilir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, erməni xilasedicilərindən iki nəfər zəlzələ bölgəsində həbs olunub: "Buna səbəb isə onların evlərə girərək, əşyalar oğurlaması olub. Bu isə ermənilərin xislətini bir daha göstərmiş oldu.
Mirzoyanın Türkiyəyə səfərinin Türkiyə-Ermənistan münasibətlərinə yenilik gətirəcəyini düşünmürəm. Ermənistanla Türkiyə münasibətləri yalnız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqda və Türkiyənin irəli sürdüyü şərtlər yerinə yetirildikdən sonra həyata keçə bilər. Bu isə uzaq gələcəyin məsələsidir".