Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəylə gəlin toy gecəsi zəlzələdə öldülər - Əcəl ən xoş günlərində gəldi - FOTO

Bəylə gəlin toy gecəsi zəlzələdə öldülər - Əcəl ən xoş günlərində gəldi - FOTO

Tarix: 16 Fevral 2023 18:20

Əsrin fəlakəti olaraq xarakterizə edilən zəlzələdə Hatayda evlənən Elif və Halil İbrahim Aksoy cütlüyü evləndikləri gün İskəndərunda yaşadıqları evdə dünyalarını dəyişiblər.

Bazar günü Elif və Halil İbrahimin toyu olub. İskəndərunda ev alan cütlük Normalda Antakyalıdırlar. Toy günü İskəndərundan aldıqıları evdə dünyalarını dəyişiblər.

Mərhum gəlinin qardaşı toy gecəsindən danışıb.

Bacısı Elif Aksoyun toy gecəsi dünyasını dəyişdiyini bildirən qardaşı Murat Bilgə "O gecə bura qar yağmışdı. " yollar bağlı idi" bəyin valideynləri dedilər ki, gəl burada otur. Bacım qayınanası gildə oturduqdan sonra  gecə saat 3.30 radələrində İsgəndəruna getdilər.

Bacımı aparan dostum deyir ki, 'ikinci mərtəbədəki evə getdilər. 30-40 metr irəlilədim, qiyamət qopdu." O, binaların bir-bir uçduğunu gördüyünü söylədi".

Toy gecəsi həyatını itirən bəylə gəlindən geriyə qalanlar isə zəlzələdən saatlar əvvəl çəkilmiş fotoşəkillər və görüntülərdir. Görüntülərdə evli cütlüyün zala girərək rəqs etməsi əks olunub.

Milli.Az


Etiketlər:  Bəylə gəlin gecəsi zəlzələdə öldülər Əcəl xoş günlərində gəldi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ