Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xamenei onu 26 ildir İranda gizlədir - Ziya Bünyadovun qatili ilə bağlı ŞOK FAKTLAR - FOTO

Xamenei onu 26 ildir İranda gizlədir - Ziya Bünyadovun qatili ilə bağlı ŞOK FAKTLAR - FOTO

Tarix: 16 Fevral 2023 23:04

Akademik Ziya Bünyadovun qətlinin təşkilatçısı İranda gizlənir.

Milli.Az lent.az-a istinadən bildirir ki, akademikin qətlinin təşkilatçısı olan Tariyel Ramazan oğlu hazırda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birlik və ya silahlı qruplaşma yaratma, həmin qruplaşmalara rəhbərlik etmə, həmçinin, ağır cinayətlər törədən mütəşəkkil dəstə rəhbərlərinin birliyini yaratma) maddəsi ilə axtarılır.

Əldə etdiyimiz məlumata görə, T. Ramazanov hazırda İranda gizlənir və molla rejimi 26 ildir onu himayə edir. Onun himayə edilməsi və Azərbaycana təhvil verilməsinin qarşısının alınması İranın ali dini liderinin birbaşa göstərişi ilə həyata keçirilib. Məhz buna görə də Azərbaycan hüquq-mühafizə orqanları 26 ildir T.Ramazanovun məsuliyyətə cəlb edilməsini təmin edə bilmir.

Qeyd edək ki, 5 gün sonra Z.Bünyadovun qətlə yetirilməsinin 26 ili tamam olacaq. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilib.

Ziya Bünyadov qətlə yetiriləndə 75 yaşı var idi.

Milli.Az


Etiketlər:  Xamenei onu 26 ildir İranda gizlədir Ziya Bünyadovun qatili ilə bağlı ŞOK FAKTLAR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ