Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2019 00:44
Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordu birləşmələri Hələb şəhəri ilə Tell-Tamer qəsəbəsi arasındakı şosse boyunca bir neçə kəndi tutublar.
Trend-in məlumatına görə, bu barədə Suriya telekanalı "Al Ekhbariya" bildirib.
Məlumata əsasən, Tell-Tamer yaşayış məntəqəsi Turkiyə sərhədindən 30 km məsafədə, Haseke vilayətində yerləşir.
Qeyd olunan kəndlər Suriya ordusunun mövqelərindən təxminən 10 km məsafədə yerləşir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin