Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2019 02:44
Bakı. Trend:
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə etdilər.
Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Məlumata əsasən, iki ölkənin liderləri Suriyanın şimalındakı vəziyyəti də müzakirə edib:
"Xüsusilə, Türkiyə ordusunun bölmələri ilə Suriya hökumətinin silahlı qüvvələri arasında qarşıdurmaların qarşısını almağın zəruriliyi qeyd edilib".
Rusiya prezidentinin Suriya-Türkiyə sərhədi boyunca bölgələrdə humanitar vəziyyətin gərginləşməsinə diqqət çəkdiyini də bildirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin