Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oktayla Kenanın xəbərinə görə işindən qovuldu

Oktayla Kenanın xəbərinə görə işindən qovuldu

Tarix: 18 Fevral 2023 15:50

Türkiyənin məşhur maqazin jurnalisti Birsen Altuntaş uzun müddətdir çalışdığı Tv100-dən çıxarılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqramda məlumat yayıb. Birsen bildirib ki, buna səbəb Oktay Kaynarca və Kenan İmırzalıoğlunun ATV rəhbərliyi tərəfindən "Türkiye tek yürek" ortaq yayımında iştirakının qadağan edilməsini yayması olub.

Jurnalist qeyd edib ki, xəbərin doğruluğunu yoxladıqdan sonra paylaşıb. Çalışdığı media qurumu isə onu işindən azad edib.

Xatırladaq ki, iki aktyorun AHBAP dərnəyinə dəstək olduqları üçün yayıma çıxmaqlarına icazə verilmədiyi iddia edilmişdi.

Milli.Az


Etiketlər:  Oktayla Kenanın xəbərinə görə işindən qovuldu


RƏYLƏR