Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quterreş Şimali Koreyanın raket buraxılışını pisləyib

Quterreş Şimali Koreyanın raket buraxılışını pisləyib

Tarix: 20 Fevral 2023 08:32

BMT-nin baş katibi Antoniu Quterreş Şimali Koreyanın iki raket buraxmasını pisləyib və Pxenyanı təxribat xarakterli addımlardan çəkinməyə çağırıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə BMT-nin saytında baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində deyilir.

"Baş katib KXDR tərəfindən daha bir qitələrarası mənzilli ballistik raketin buraxılışını qətiyyətlə pisləyir", - o deyb.

Bəyanatda qeyd olunur ki, A.Quterreş yenidən Pxenyanı "hər hansı növbəti təxribatçı hərəkətlərdən dərhal imtina etməyə, Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələri üzrə beynəlxalq öhdəliklərinə tam əməl etməyə və davamlı sülhə və Koreya yarımadasının tam, yoxlanıla bilən nüvəsizləşdirilməsinə aparan dialoqu bərpa etməyə çağırır".

Qeyd edək ki, Pxenyan bazar ertəsi Yapon dənizinə ballistik raket atıb. Raket dənizə düşüb.

Bu arada, Yaponiya Sahil Mühafizəsi KXDR-dən daha iki ballistik raketin buraxıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.


Etiketlər:  Quterreş Şimali Koreyanın raket buraxılışını pisləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ