Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2023 09:00
AB Rusiyaya yönəlmiş, lakin Avropaya zərər verən yeni sanksiyalar tətbiq etməkdənsə, əsas diqqətini inflyasiya ilə mübarizəyə yönəltməlidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Əgər Brüssel hər halda mübarizə aparmaq istəyirsə, o zaman inflyasiya ilə mübarizə aparmalıdır. Bunu etmir. Sanksiyalar Brüsselin hərbi siyasətinin silahıdır. Onlar Rusiyaya qarşı yönəlib, amma sonda Avropaya zərbə vurur", - Orban bildirib.
Onun sözlərinə görə, Brüsselin sanksiyaları Avropada "sanksiya inflyasiyası" adlı xəstəliyə səbəb olan virusdur.