Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski: Makron vaxtını boşa keçirir

Zelenski: Makron vaxtını boşa keçirir

Tarix: 20 Fevral 2023 23:20

Ukrayna Prezidenti Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə dialoq qapısını açıq saxlaması ilə bağlı bəyanatını dəyərləndirib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Zelenski Makronun yeni dialoq təşəbbüsünü faydasız adlandırıb.

"Bu, faydasız bir dialoq olacaq, əslində Makron vaxtını itirir", - Zelenski bildirib.

Rusiya ilə dialoqun vaxt itkisi olduğunu deyən Zelenski qeyd edib: "Rusiyanın münasibətini dəyişdirə bilməyəcəyimiz qənaətinə gəldim. Əgər onlar keçmiş Sovet imperiyasını bərpa etmək arzusu ilə özlərini təcrid etmək qərarına gəliblərsə, biz buna kömək edə bilmərik. Beynəlxalq ictimaiyyətlə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edib-etməmək onların öz işidir. İqtisadi sanksiyalar tətbiq olunanda bizi Rusiyanı təcrid etməkdə ittiham edənlər oldu, amma bu, həqiqət deyildi. Bu, Putini marginallaşdıran müharibəyə başlamaq qərarı idi".


Etiketlər:  Zelenski Makron vaxtını boşa keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ